Menyu

Qəzzaya gündə 40 maşın humanitar yardım çatdırılmalıdır - BMT

Qəzzaya gündə 40 maşın humanitar yardım çatdırılmalıdır - BMT

Təxminən 1,1 milyon insana ərzaq yardımı çatdırılması üçün qarşıdakı iki ay ərzində Qəzzaya hər gün 40 yük avtomobil daxil olmalıdır.

"Operativ Media" xəbər verir ki, bu barədə mərkəzi qərargahı İtaliyanın paytaxtı Romada yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramı bildirib.

Qeyd olunur ki, Qəzza əhalisinin artan ehtiyaclarını qarşılamaq üçün davamlı yardımlara ehtiyac var. Hazırda Qəzzada yaşanan yanacaq qıtlığı ərzaq yardımlarının dayanmasına səbəb ola bilər. Yanacaq tədarükü çörək istehsalı, istiliklə təminat və yardımların nəqliyyat vasitələri ilə müvafiq yerlərə daşınması üçün mühüm əhəmiyyət kəsb edir.

Minlərlə ailənin əziyyət çəkməməsi üçün humanitar əməliyyatların əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Teqlər:

"Q\u0259zzaya g\u00fcnd\u0259 40 ma\u015f\u0131n humanitar yard\u0131m \u00e7atd\u0131r\u0131lmal\u0131d\u0131r - BMT"

Əlaqəli Xəbərlər