Menyu

Bakıda keçirilən Musiqi Forumunun birinci günü başa çatıb - YENİLƏNİB

Bakıda keçirilən Musiqi Forumunun birinci günü başa çatıb - YENİLƏNİB

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunun birinci günü başa çatıb.

"Operativ Media" xəbər verir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutan forumda dövlət rəsmiləri, ölkənin tanınmış musiqiçiləri iştirak edib.

Forumun ilk günündə açılış nitqləri ilə yanaşı "Azərbaycanda musiqi təhsili - bəstəkarlıq və ifaçılıq məktəbləri" və "Ənənəvi musiqi janrları" adı altında panel müzakirələri olub.

Müzakirələr zamanı panel mövzularına uyğun təklif və tövsiyələr irəli sürülüb.

Forum öz işinə sabah da davam edəcək və oktyabrın 31-də başa çatacaq.

Xatırladaq ki, bundan öncə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Teatr, Kino və Azərbaycan dili və ədəbiyyatı forumları da keçirilib.//APA//

*** 12:47

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə Musiqi Forumu keçirilir.

"Operativ Media" xəbər verir ki, Musiqi Forumu Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutur.

Forumun ilk günündə açılış nitqləri ilə yanaşı "Azərbaycanda musiqi təhsili - bəstəkarlıq və ifaçılıq məktəbləri" və "Ənənəvi musiqi janrları" adı altında panel müzakirələri olacaq.

Forum oktyabrın 31-də başa çatacaq

Xatırladaq ki, bundan öncə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Teatr, Kino və Azərbaycan dili və ədəbiyyatı forumları da keçirilib.

Teqlər:

"Bak\u0131da ke\u00e7iril\u0259n Musiqi Forumunun birinci g\u00fcn\u00fc ba\u015fa \u00e7at\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər