Menyu

KİV: İsrail Qəzzada genişmiqyaslı əməliyyatı təxirə salır

KİV: İsrail Qəzzada genişmiqyaslı əməliyyatı təxirə salır

"İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını dayandırıb və ABŞ-lə razılaşaraq bu planları bir neçə məhdud əməliyyatla əvəz edib". 

"Operativ Media" xəbər verir ki, bu barədə "The New York Times" amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, İsrailin əməliyyatı ilə bağlı ilkin planlar ABŞ rəsmilərini təşvişə salıb və onlar əldə edilə bilən hərbi məqsədlərin olmamasından narahat olduqlarını bildiriblər.

Pentaqonun nümayəndələri və amerikalı ekspertlərin fikrincə, İsrail mərhələli əməliyyat keçirir və bu əməliyyat zamanı Qəzzada HƏMAS yaraqlıları haqqında tam informasiyalar əldə edildikdən sonra daha böyük qüvvələr işə düşəcək. 

Teqlər:

"K\u0130V: \u0130srail Q\u0259zzada geni\u015fmiqyasl\u0131 \u0259m\u0259liyyat\u0131 t\u0259xir\u0259 sal\u0131r"

Əlaqəli Xəbərlər