KİV: Humanitar yardım daşıyan 10 yük maşını Qəzzaya daxil olub
"Qəzza zolağının əhalisi üçün humanitar yardım daşıyan 10 yük maşınından ibarət karvan Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən keçərək anklav ərazisinə gəlib".
"Operativ Media" xəbər verir ki, bu barədə "Əl-Qahira əl-Ekhbariya" telekanalı məlumat yayıb.
Kanalın mənbələrinin məlumatına görə, Qahirə gələn həftə Qəzza zolağına daha çox humanitar yardımın çatdırılmasını təmin etmək üçün bütün tərəflərlə təmaslarını gücləndirəcək.
Rəfah quru keçid məntəqəsi vasitəsilə blokadaya alınmış Qəzza zolağının cənub bölgələrində Fələstin anklavının sakinlərinə humanitar yardım çatdırılır. Bunlar əsasən dərman və tibbi ləvazimatlar, həmçinin qida, su, çadırlar, şəxsi gigiyena vasitələridir.
Teqlər:
"K\u0130V: Humanitar yard\u0131m da\u015f\u0131yan 10 y\u00fck ma\u015f\u0131n\u0131 Q\u0259zzaya daxil olub"