Menyu

Ermənistanda qəbiristanlıq direktoru rüşvətə görə həbs olundu

Ermənistanda qəbiristanlıq direktoru rüşvətə görə həbs olundu

İrəvanda qəbiristanlıq direktoru rüşvətxorluq şübhəsi ilə həbs olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

İşin materiallarına əsasən, qəbiristanlıq direktoru İrəvanın Nork-Maraş inzibati rayonunda qohumunu dəfn etmək istəyən bir vətəndaşdan qəbir yerinin qarşılığında 2,5 min dollara rüşvət alıb.

Sözügedən şəxsin başqa bir vətəndaşdan isə qəbir yeri ayırmaq üçün vasitəçi yolu ilə 2 min dollar rüşvət aldığı deyilir.

Rüşvət almaqda ittiham olunan qəbirstanlıq direktoru ilə yanaşı, ona rüşvət verən şəxslər və "sövdələşmə"də vasitəçilik edən şəxs də saxlanılıb. İlkin istintaq davam edir.

Teqlər:

"Erm\u0259nistanda q\u0259biristanl\u0131q direktoru r\u00fc\u015fv\u0259t\u0259 g\u00f6r\u0259 h\u0259bs olundu"

Əlaqəli Xəbərlər