Fələstinin HƏMAS hərəkatı ilə İsrail Müdafiə Qüvvələri (IDF) arasında gedən döyüşlər nəticəsində 3457-si uşaq olmaqla 8306 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, İsrail ilə Fələstinin Həmas hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. Bu, Fələstin hərəkatının İsrail ərazisinə yüzlərlə raket atması, bəzi məskunlaşmış əraziləri işğal etməsi və insanları girov götürməsi ilə başladı. İsrail buna cavab olaraq Qəzza zolağında hərbi əməliyyata başladığını elan edib. İsrail hakimiyyətinin məlumatına görə, oktyabrın 7-dən bu yana 1,4 mindən çox insan həlak olub, 5,5 minə yaxın insan isə yaralanıb. Həmas yaraqlıları uşaqlar da daxil olmaqla 230 nəfəri girov götürüblər.