Menyu

ABŞ Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İrana sərt xəbərdarlıq edib

ABŞ Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İrana sərt xəbərdarlıq edib

"Birləşmiş Ştatlar İrana "sərt xəbərdarlıq" edir və Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda təmkinli olmağı xahiş edir". 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "CNN"ə bildirib.

"Əlbəttə, qoşunlarımızı və obyektlərimizi qorumaq üçün lazım gələrsə, hərəkətə keçəcəyik. Bu, İranın diqqət etməli olduğu sərt xəbərdarlıqdır. Biz regionda milli təhlükəsizlik maraqlarımızı ciddiyə alırıq, ona görə də prezident Co Bayden iki aviadaşıyıcı zərbə qrupunu burada yerləşdirib", - Kirbi bildirib.

Kirbi həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar ordunu qorumaq üçün "istəndiyi zaman" qərarlar qəbul edəcək.

Pentaqonun rəhbəri Lloyd Austin bir müddət əvvəl İranyönlü qrupların Yaxın Şərqdə ABŞ qüvvələrinə hücumlarını davam etdirəcəyi təqdirdə ABŞ Müdafiə Nazirliyinin "əlavə lazımi tədbirlər" görəcəyini bildirib. 

Eyni zamanda, İran İslam Respublikasının prezidenti İbrahim Rəisi "Əl-Cəzirə" telekanalına müsahibəsində qeyd edib ki, İran Fələstin-İsrail münaqişəsinə qarışmamaq barədə Vaşinqtonun xəbərdarlıqlarına əməl etməyəcək: "Vaşinqton bizdən təmkin nümayiş etdirməyi və Fələstin-İsrail münaqişəsinə qarışmamağı xahiş edir, lakin eyni zamanda İsrailə geniş dəstək verir. Belə bir vəziyyətdə biz bu tələbi etibarsız hesab edirik".

Teqlər:

"AB\u015e Yax\u0131n \u015e\u0259rqd\u0259ki v\u0259ziyy\u0259tl\u0259 \u0259laq\u0259dar \u0130rana s\u0259rt x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər