Menyu

KİV: Finlandiya və ABŞ müdafiə sahəsində əməkdaşlıq edə bilər

KİV: Finlandiya və ABŞ müdafiə sahəsində əməkdaşlıq edə bilər

Finlandiya və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, saziş bu həftə imzalana bilər. Qəzet qeyd edir ki, danışıqlar bazar ertəsi və çərşənbə axşamına planlaşdırılıb.

Söhbət Müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdən gedir. Qəzet yazır ki, sözügedən müqavilənin məqsədi ABŞ Silahlı Qüvvələrinə Finlandiya ərazisindən və müəyyən razılaşdırılmış ərazilərdən normal hərbi təlimlər zamanı olduğundan daha uzun müddət istifadə etmək imkanı verməkdir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər