Menyu

Ərəb ölkələri Yaxın Şərqlə bağlı fövqəladə sammit keçirməyə hazırlaşır

Ərəb ölkələri Yaxın Şərqlə bağlı fövqəladə sammit keçirməyə hazırlaşır

Ərəb ölkələri Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə sammitə hazırlıq məqsədilə məsləhətləşmələr aparır. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının baş katibinin rəsmi nümayəndəsi Camal Rüşdi "Əl-Qahira əl-Ekhbariya" telekanalına şərhində bildirib.

"Qəzza zolağında hərbi eskalasiyanı müzakirə etmək üçün fövqəladə sammitə hazırlıq üçün intensiv məsləhətləşmələr aparılır. Əminəm ki, bu sammit Fələstin anklavında vəziyyətlə bağlı ərəb və beynəlxalq mövqeyə aydın təkan verəcək", - Rüşdi bildirib. 

Baş katibin nümayəndəsi bildirib ki, Ərəb Liqası İsrailin Qəzza zolağına hücumunu dayandırması üçün ona təzyiq etmək məqsədilə bütün qüvvələrlə əlaqə saxlayır: "Bununla belə bəzi ölkələr İsrailə Qəzzada hərbi əməliyyatını başa çatdırmaq və atəşkəs tələblərini rədd etmək üçün vaxt verir”.

Oktyabrın 28-də Fələstin prezidenti Mahmud Abbas ərəb liderlərindən “İsrailin Fələstin xalqına qarşı təcavüzünü dayandırmaq” üçün fövqəladə sammit çağırmağı xahiş edib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqari bildirib ki, İsrail Qəzza zolağında quru hərbi əməliyyatlarının miqyasını genişləndirir. 

Teqlər:

"\u018fr\u0259b \u00f6lk\u0259l\u0259ri Yax\u0131n \u015e\u0259rql\u0259 ba\u011fl\u0131 f\u00f6vq\u0259lad\u0259 sammit ke\u00e7irm\u0259y\u0259 haz\u0131rla\u015f\u0131r"

Əlaqəli Xəbərlər