Menyu

BMT: Qəzzada humanitar əməliyyatlar üçün yanacağa ehtiyac var

BMT: Qəzzada humanitar əməliyyatlar üçün yanacağa ehtiyac var

BMT agentlikləri Qəzza zolağında humanitar əməliyyatları davam etdirmək üçün yanacağa ehtiyyac duyur. 

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Bizim BMT-nin əməliyyatları, sağlamlıq mərkəzləri, şirin su, Ümumdünya Ərzaq Proqramını idarə edən çörək zavodları üçün yanacağa ehtiyacımız var. Yanacaq vacibdir", - Düjarrik qeyd edib.

Diplomat daha əvvəl bildirmişdi ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) yanacağa xeyli qənaət etməyə və Qəzza zolağında fəaliyyətinin miqyasını əhəmiyyətli dərəcədə azaltmağa məcburdur.

İsrail hakimiyyəti isə bəyan edib ki, onlar Fələstin anklavına tədarük ediləcək yanacağın HƏMAS-ın əlinə keçəcəyindən ehtiyat edərək buna icazə vermək niyyətində deyillər. 

Teqlər:

"BMT: Q\u0259zzada humanitar \u0259m\u0259liyyatlar \u00fc\u00e7\u00fcn yanaca\u011fa ehtiyac var"

Əlaqəli Xəbərlər