İmişlidə avtomobil aşıb, 2 nəfər ölüb

Nərmin Qocamanlı
İmişlidə avtomobil aşıb, 2 nəfər ölüb

Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. 


İmişli rayon sakini X.Bayramov idarə etdiyi “VAZ-21015 ” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.


Avtomobildə olan sərnişin, rayon sakini F.Bayramov  müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra orada vəfat edib.


Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Digər xəbərlər