Menyu

"Samsung"un xalis mənfəəti 40 faiz azalıb

Nərmin Qocamanlı
"Samsung"un xalis mənfəəti 40 faiz azalıb

"Samsung Electronics"in 2023-cü ilin üçüncü rübündə xalis mənfəəti azalıb.

"Operativ Media" xəbər verir ki, Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung Electronics”in son rübdə xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 37,8% azalaraq 5,84 trilyon von (təxminən 4,3 milyard dollar) təşkil edib.

Şirkətin hesabat dövründəki gəliri 12,2% azalaraq 67,4 trilyon von (49,9 milyard dollar) təşkil edib. Əməliyyat mənfəəti illik müqayisədə 4,5 dəfə azalaraq 2,43 trilyon von (1,8 milyard dollar) təşkil edib.

Şirkət daha əvvəl üçüncü rübdə gəlirini 67 trilyon von (49,6 milyard dollar) və əməliyyat mənfəətini 2,4 trilyon (1,77 milyard dollar) səviyyəsində proqnozlaşdırmışdı.


"Samsung" gələn il istehlakçı əhval-ruhiyyəsi sabitləşdiyi üçün smartfon bazarında tələbin bərpa ediləcəyini proqnozlaşdırır və premium seqmentin də davam edəcəyi gözlənilir.


"Samsung Electronics" səhmləri Seul birjasında 0,3% ucuzlaşıb.

Qeyd edək ki, "Samsung Electronics" beynəlxalq elektronika istehsalçısıdır. Şirkətin baş ofisi Seulda yerləşir.

Teqlər:

"\"Samsung\"un xalis m\u0259nf\u0259\u0259ti 40 faiz azal\u0131b"

Əlaqəli Xəbərlər