Menyu

Ankara “Türkiyə-Fələstin dostluq xəstəxanası”nın vurulmasını pisləyib

Ankara “Türkiyə-Fələstin dostluq xəstəxanası”nın vurulmasını pisləyib

Türkiyə Xarici İşlər nazirliyi İsrailin Qəzza zolağındakı “Türkiyə-Fələstin Dostluq Xəstəxanası”na hücumunu pisləyib.

"Operativ Media" xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir ki, İsrail tərəfinə əvvəlcədən xəstəxananın koordinatları dəqiqliklə bildirilib, belə olan halda xəstəxananın vurulmasının heç bir izahı yoxdur. Bəyanatda Qəzzanın blokadaya alınması da pislənilib. Qeyd edək ki, 180 çarpayılıq “Türkiyə-Fələstin Dostluq Xəstəxanası” 2017-ci ildə istifadəyə verilib və Qəzza zolağında xərçəng xəstələrinin müalicəsi ilə məşğul olan yeganə tibb müəssisəsidir.

Teqlər:

"Ankara \u201cT\u00fcrkiy\u0259-F\u0259l\u0259stin dostluq x\u0259st\u0259xanas\u0131\u201dn\u0131n vurulmas\u0131n\u0131 pisl\u0259yib"

Əlaqəli Xəbərlər