Menyu

Qazaxıstanda mədəndə baş verən partlayışda ölənlərin sayı 46-ya çatıb

Nərmin Qocamanlı
Qazaxıstanda mədəndə baş verən partlayışda ölənlərin sayı 46-ya çatıb

Oktyabrın 28-də Qaraqandadakı "ArcelorMittal Temirtau" şirkətinin Kostenko şaxtasında partlayış baş verib, xilasedicilər qəzada öldüyü ehtimal edilən sonuncu şəxsin qalıqlarını aşkar ediblər. Bununla da ölənlərin sayı 46 nəfərə yüksəlib.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Sırım Şariphanov bildirib ki,ölənlərdən 40 nəfərin şəxsiyyəti müəyyən edilib, 6 nəfərin şəxsiyyəti müəyyənləşdirilməyib. Onların müəyyən edilməsi üçün lazımi müayinələr aparılır.

Fövqəladə Hallar Nazirliyinin rəhbərinin sözlərinə görə, şaxtaçıların axtarışı elektrik enerjisinin olmaması, mədən işlərinin uzun müddət davam etməsi, eləcə də çox sayda dağılmış mexanizmlər səbəbindən çətinləşib.

Qeyd edək ki, oktyabrın 28-nə keçən gecə mədəndə 700 metr dərinlikdə metan partlayışı baş verib . Ümumilikdə, partlayış zamanı şaxtada 252 nəfər olub.

 

Teqlər:

"Qazax\u0131standa m\u0259d\u0259nd\u0259 ba\u015f ver\u0259n partlay\u0131\u015fda \u00f6l\u0259nl\u0259rin say\u0131 46-ya \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər