FTB: İran ABŞ-də ABŞ rəsmilərinə qarşı sui-qəsdlər planlaşdırır
İddialara görə, İran hakimiyyəti iranlı dissidentlərə, həmçinin ABŞ-dəki keçmiş və indiki yüksək rütbəli Amerika rəsmilərinə qarşı sui-qəsd cəhdləri planlaşdırıb.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ Konqresinin Senatında keçirilən dinləmələrdə çıxış edən ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey deyib.
"Dünyada terrorizmin ən böyük dövlət sponsoru kimi İran birbaşa və ya cinayətkarların cəlb edilməsi yolu ilə İran dissidentlərinə və ABŞ-nin indiki və keçmiş yüksək rütbəli dövlət məmurlarına Amerika torpaqlarında sui-qəsdlər planlaşdırıblar", - o iddia edib.
Bundan əlavə, Rey bildirib ki, İranın "əsas strateji tərəfdaşı" olduğunu söylədiyi Hizbullah-ın casusluq və digər qanunsuz addımlar da daxil olmaqla, ABŞ daxilində fəaliyyət göstərməsinin "uzun tarixi" var.