"ABŞ hökuməti Qəzza zolağında münaqişənin tərəfidir və başqalarını təmkinli olmağa çağırmağa haqqı yoxdur".
"Operativ Media" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərdə HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşündə deyib.
"Hüseyn Əmir Abdullahian deyib ki, ABŞ hökumətinin təmkin nümayiş etdirmə tövsiyələrinə baxmayaraq, əslində o, münaqişənin tərəfidir və başqalarını da eyni şeyi etməyə çağırmaq iqtidarında deyil", - İran XİN rəhbəri bildirib.