Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Fransa Respublikasının Prezidenti Emmanuel Makron noyabrın 1-2-də bu ölkəyə rəsmi səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər proqramına uyğun olaraq, Səmərqənd şəhərində yüksək səviyyəli danışıqlar aparılacaq, danışıqlar zamanı Özbəkistan-Fransa çoxşaxəli münasibətlərinin gələcək inkişafı məsələlərinə toxunulacaq.
Əsas diqqət ticarət-iqtisadi, innovasiya, investisiya, mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək.
Özbəkistan və Fransa liderləri iki ölkənin aparıcı şirkətlərinin və bank-maliyyə qurumlarının iştirakı ilə keçiriləcək birgə biznes forumda da iştirak edəcəklər.
Sammitin yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sazişlərin, habelə ticarət və investisiya sazişləri paketinin qəbulu planlaşdırılır.
Teqlər:
"Fransa prezidenti \u00d6zb\u0259kistana r\u0259smi s\u0259f\u0259r ed\u0259c\u0259k"