Menyu

İsrail prezidenti dünya liderlərindən yəhudiləri antisemitizmdən qorumağı xahiş edib

İsrail prezidenti dünya liderlərindən yəhudiləri antisemitizmdən qorumağı xahiş edib

İsrail prezidenti İsaak Hersoq Avropadakı yəhudi icmalarının nümayəndələri ilə görüşü zamanı bütün dünyada antisemitizm əhval-ruhiyyəsinin artması ilə bağlı narahatlığını bildirib və xarici liderlərə müraciət edərək yəhudiləri müdafiə etməyə çağırıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin Pzident Aparatı məlumat yayıb.

Qeyd edilib ki, yəhudi icmalarının nümayəndələrindən ibarət heyətə Avropa Yəhudi Konqresinin prezidenti Ariel Muzikant başçılıq edib. 

Görüş zamanı Hersoq deyib: "Avropada və bütün dünyada antisemitizmin əhəmiyyətli dərəcədə artması ilə bağlı ciddi narahatıq".

"Biz yəhudi icmalarını dəstəkləyirik. Biz dünya liderlərini və hər bir dövlətin rəhbərliyini yəhudilərin müdafiəsini və təhlükəsizliyini təmin etməyə və antisemitizmlə mübarizənin qanunvericilik və hüquq-mühafizə sistemlərinin bütün səviyyələrini əhatə etməsini təmin etməyə çağırırıq", - İsrail prezidenti bildirib. 

Teqlər:

"\u0130srail prezidenti d\u00fcnya liderl\u0259rind\u0259n y\u0259hudil\u0259ri antisemitizmd\u0259n qoruma\u011f\u0131 xahi\u015f edib"

Əlaqəli Xəbərlər