Menyu

Quterreş: Humanitar qanunlar "menyu" deyil

Quterreş: Humanitar qanunlar "menyu" deyil

BMT-nin baş katibi Antonio Quterreş İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi ilə əlaqədar beynəlxalq humanitar hüquq normalarının "menyudan yemək kimi seçilə bilməyəcəyini", onlara mütləq əməl edilməli olduğunu xatırlamağa çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə baş katib Qəzzadakı vəziyyətlə bağlı bəyanatında bildirib. 

"Beynəlxalq humanitar hüquq açıq-aydın qaydalar müəyyən edir. Onlara əməl edilməlidir. Bu, "menyu" deyil, onları seçmə qaydada tətbiq etmək olmaz. Bütün tərəflər beynəlxalq humanitar hüquqa əməl etməlidir", - baş katib qeyd edib.

Quterreş dərhal atəşkəs və sektora davamlı və kifayət qədər  təhlükəsiz humanitar giriş üçün çağırışını təkrarlayıb: "Hazırda Qəzzaya icazə verilən humanitar yardım səviyyəsi Qəzzə əhalisinin ehtiyaclarına tamamilə uyğun deyil və qeyri-mütənasibdir ki, bu da humanitar faciəni daha da ağırlaşdırır".
 

Teqlər:

"Quterre\u015f: Humanitar qanunlar \"menyu\" deyil"

Əlaqəli Xəbərlər