İtaliya Qəzza zolağında səhra xəstəxanası yaratmağı düşünür.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Qido Krosetto bildirib.
"Hərbi Hava Qüvvələrinin Qəzza zolağının əhalisinə humanitar yardım aparan daha bir təyyarəsi Misirin Əl-Ariş hava limanına enib. Biz Qəzzada səhra xəstəxanası yaratmaq imkanını nəzərdən keçiririk", - nazir "X"də yazıb.
Bundan əvvəl o, sektoru boşaltmağa hazır olduğunu açıqlamışdı. İtaliya münaqişə zonasında humanitar yardımı asanlaşdırmaq üçün hərbi təyyarə və gəmilər göndərib.