Ağ Ev: Noyabrda ABŞ və Çin liderləri arasında görüş olacaq
ABŞ administrasiyası noyabrın ortalarında San-Fransiskoda APEC sammiti çərçivəsində Çin sədri Si Tsinpinlə ABŞ prezidenti Co Bayden arasında şəxsi görüşün baş tutacağını bildirib.
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer təsdiqləyib.
"Görüş San-Fransiskoda baş tutacaq. Bu, konstruktiv görüş olacaq. Prezident bunu səbirsizliklə gözləyir", - Ağ Evin sözçüsü bildirib.
Teqlər:
"A\u011f Ev: Noyabrda AB\u015e v\u0259 \u00c7in liderl\u0259ri aras\u0131nda g\u00f6r\u00fc\u015f olacaq"