Qırğızıstanda qızılcaya yoluxma halları kəskin artıb
Nərmin Qocamanlı
Qırğızıstanda bu ilin 9 ayında 3,2 mindən çox qızılcaya yoluxma halı aşkarlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qızılcaya ən çox yoluxma halı Bişkek şəhərinə qeydə alınıb.
Eyni zamanda, statistik məlumatlara görə, ötən il respublikada qızılcaya yoluxma halı cəmi bir, 2021-ci ildə üç hadisə qeydə alınıb.
Bildirilir ki, xəstələnmə nisbətinin artması ilə əlaqədar bir neçə təhsil müəssisəsində karantin tətbiq edilib, uşaqlar distant təhsilə keçirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net