İsrail Qəzza zolağında 11 min hədəfə zərbə endirib
Nərmin Qocamanlı
İsrail oktyabrın 7-dən Qəzza zolağında 11 min hədəfə zərbə endirib.
"Operativ Media"nın xəbərinə görə, İsrail Ordusu (IDF) Telegram kanalında bildirib ki, Fələstin-İsrail münaqişəsinin eskalasiyası oktyabrın 7-də başlayandan bəri Qəzza zolağında 11 mindən çox hədəf vurulub.
“Müharibənin əvvəlindən bəri İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terror təşkilatlarına məxsus 11 mindən çox hədəfə zərbə endirib”, - deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb . Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə soxulub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşma məntəqələrini nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib.
Teqlər:
"\u0130srail Q\u0259zza zola\u011f\u0131nda 11 min h\u0259d\u0259f\u0259 z\u0259rb\u0259 endirib"