Fələstinli etirazçılar İsrail buldozerlərinə daşla müqavimət gpstərib
İordan çayının qərb sahilində fələstinlilər Cenin şəhərinə yeridilən buldozerlərə və digər zirehli maşınlara hücum ediblər.
"Operativ Media" xəbər verir ki, daşla silahlanan fələstinlilər buldozerlərin hərəkətinə mane olmağa çalışıblar. Görüntüləri Qüds Nyus teleqram kanalı paylaşıb. Bildirilib ki, İsrail Müdafiə Qüvvələri və sərhəd dəstələri Cenində xüsusi əməliyyat həyata keçiriblər.