Reuters: Suriyadakı Amerika bazasına PUA hücumu olub
Nərmin Qocamanlı
Amerikanın Suriyadakı bazasındakı müdafiə sistemi iki pilotsuz təyyarənin hücumunu dayandırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" İraq hökumətindəki mənbəyə istinadən xəbər verir:
“Hədəfinin Suriyanın Əl-Tanf bölgəsindəki ABŞ bazası olan iki pilotsuz təyyarəsinin hərəkətləri bazanın müdafiə sistemi tərəfindən dayandırılıb”, - agentlik mənbəyə istinadən bildirir.
Bundan əvvəl Pentaqonun yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib ki, son 13 gün ərzində ABŞ ordusu İraq və Suriyada pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə artıq 23 hücuma məruz qalıb.
Qeyd edək ki, Əl-Tanf bazası ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən idarə olunan hərbi obyektdir.
ABŞ ordusunun Suriyada 24 hərbi bazası və 4 nöqtəsi var. Suriyadakı Amerika bazaları dəfələrlə pilotsuz təyyarələr və raketlərlə hücuma məruz qalıb.
Teqlər:
"Reuters: Suriyadak\u0131 Amerika bazas\u0131na PUA h\u00fccumu olub"