İtaliyanın şimalında əlverişsiz hava şəraiti davam edir.
"Operativ Media" xəbər verir ki, Milana yağan güclü yağış Seveso çayının daşmasına səbəb olub. Şəhərin bir sıra məhəllələri su altında qalıb. Metro stansiyalarına, keçidlərə su dolub. Suyun səviyəsini endirmək üçün xüsusi qurğular quraşdırılıb. Lambardiyada suqovucu qurğuların azlığı səbəbindən daşqınlar infrasturktura ziyan vurub. Qeyd edək ki, hazırda İtaliyanın beş bölgəsində leysan səbəbindən “narıncı” təhlükə səviyyəsi elan edilib. Veneto bölgəsində isə ən yüksək “qırmızı” xəbərdarlıq tətbiq olunub.