Menyu

Minlərlə əfqanıstanlı Pakistan sərhəddinə axın edib

Minlərlə əfqanıstanlı Pakistan sərhəddinə axın edib

Pakistan hökumətinin ölkədə olan qeyri-qanuni miqrantlar və sənədləri qaydasında olmayan əcnəbilərə qarşı yeni qanunu bu gündən qüvvəyə minir.
"Operativ Media" xəbər verir ki, qanuna görə noyabrın 1-dən etibarən belə şəxslər dərhal ölkədən deportasiya ediləcək. Bu səbəbdən yüz minlərlə əfqan miqrant Pakistan-Əfqanıstan sərhədinə axın edib. Onlar avtobuslar, yük maşınları, qatarlara doluşaraq mümkün qədər tez Əfqanıstana çatmağa çalışırlar. Qeyd edək ki, Pakistanın qərarını Taliban rejimi pisləyib. Xatırladaq ki, 2021-ci ildə Taliban hakimiyyətə gələndən sonra 600 min əfqanıstanlı Pakistana pənah aparıb. Ümumilikdə Pakistanda olan əfqanların sayı isə 2 milyonu keçib.

 

Teqlər:

"Minl\u0259rl\u0259 \u0259fqan\u0131stanl\u0131 Pakistan s\u0259rh\u0259ddin\u0259 ax\u0131n edib"

Əlaqəli Xəbərlər