"Operativ Media" xəbər verir ki, İnquirer qəzetinin polisə istinadən verdiyi məlumata görə, 6 nəfər Çin vətəndaşı da daxil olmaqla doqquz nəfər silahlı şəxslər tərəfindən Filippində Muntinlupa şəhəri yaxınlığındakı kənddən qaçırılıb, lakin üç filippinli daha sonra sərbəst buraxılıb.
Azad edilənlərin dediyinə görə, altı silahlı şəxs səhər tezdən işəgötürənlərinin evinə soxularaq əl-qolunu bağlayıb, üç filippinli və altı çinlinin gözlərini bağlayıb. Daha sonra onları mikroavtobusla Laquna şəhərinə aparıblar.
Hadisənin səbəbi hələlik məlum deyil. Polis araşdırma aparır.