Menyu

Donuz ürəyinin insana köçürülməsində risk faktorları yüksəkdir - Kardioloq

Nərmin Qocamanlı
Donuz ürəyinin insana köçürülməsində risk faktorları yüksəkdir - Kardioloq

Xəbər verdiyimiz kimi, ABŞ-də dünyada donuz ürəyi köçürülən ikinci pasiyent olan 58 yaşlı Lorens Fosett dünyasını dəyişib.

"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı Merilend universitetinin tibb mərkəzi yayıb. 

Məlumata görə, o, əməliyyatdan 6 həftə sonra vəfat edib. 

Bildirilir ki, ürək çatışmazlığından əziyyət çəkən Lorensə genetik modifikasiya olunmuş donuz ürəyi sentyabrın 20-si köçürülmüşdü. 

Bu ABŞ-də donuz ürəyinin insana ikinci transplantasiyası idi, Bəzi mütəxəssislər bunun insana heç bir əks təsiri olmadığı qənaətindədirlər. Lakin donuz ürəyi köçürülən hər iki şəxs uzun ömür sürə bilmədi.

Həkimlərin sözlərinə görə, hər iki xəstənin vəziyyəti ağır olduğu üçün onlara donor insan ürəyinin köçürülməsi mümkün olmayıb.

Mövzu ilə bağlı "Operativ Media"ya danışan kardioloq İdris Xəlilov bildirib ki, ürək xəstəliklərinin sonu ürək çatmamazlığına səbəb olur və bu zaman yeganə yol ürəyin özünün dəyişdirilməsi, yəni transplantasiyası olur:

Tanınmış kardioloq: “Mən pasiyentlərimin 90 faizinə bir dərman yazıram”

“Bu, hazırda dünyada həm süni ürək aparatları vasitəsilə, həm insandan insana köçürmə, həm də heyvanlardan insanlara ürək köçürülmə vasitəsilə həyata keçirilir. Əslində, üçüncüsü, yeni heyvanlardan insanlara ürək köçürmək Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qadağandır.

Ona görə ki, burada risk faktoru çoxdur və qənaətbəxş hesab olunmur. Çünki heyvan ürəyi ilə insan ürəyi fərqlidir. Burada bir çox genetik məsələlər var, köçürülən ürək qalmır, qopur və digər arzuolunmaz effektləri var.

Digər səbəb isə insandan insana ürək transplantasiyası çətindir. Hər il minlərlə insanlar bunu gözləyirlər, lakin sıra çatmır. Donuz ürəyinin özünü yox, donuz ürəyinin qapağının insanlara köçürülməsi icazəlidir və davam edir. Bu da çox böyük bir problemdir, amma rüşeym hüceyrələri və genetik müdaxilələr sayəsində mümkün ola bilər”.

Teqlər:

"Donuz \u00fcr\u0259yinin insana k\u00f6\u00e7\u00fcr\u00fclm\u0259sind\u0259 risk faktorlar\u0131 y\u00fcks\u0259kdir - Kardioloq"

Əlaqəli Xəbərlər