Ərdoğan Qazaxıstanda TDT-nin X sammitində iştirak edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-3 noyabr tarixlərində Qazaxıstanda Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək X sammitində iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Toplantı zamanı liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Teqlər:
"\u018frdo\u011fan Qazax\u0131standa TDT-nin X sammitind\u0259 i\u015ftirak ed\u0259c\u0259k"