Ancelina Coli Qəzza zolağının bombalanmasına görə İsraili tənqid edib
Nərmin Qocamanlı
Amerikalı aktrisa, keçmiş xoşməramlı səfir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının keçmiş xüsusi nümayəndəsi Ancelina Coli Qəzza zolağının bombalanmasına görə İsraili tənqid edib.
"Operativ Media" xəbər verir ki, bu barədə xanım Coli "X"də bildirib.
O, həmçinin BMT Təhlükəsizlik Şurasında atəşkəsi dəstəkləməyən dünya liderlərinin “bu cinayətlərdə” şərik olduqlarını bildirib.