ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
ABŞ Rusiya ilə bağlı sanksiyalar siyahısını genişləndirib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Rusiya Federasiyasının onlarla fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edilib.
Maliyyə Nazirliyi bildirib ki, ölkənin yeni sanksiyaları Rusiya hərbi sənaye kompleksinə və onu dəstəkləyən strukturlara qarşı yönəlib. Həmçinin, yeni sanksiyalar Rusiya Federasiyasının enerji sektorunda, mədənçıxarma sektorunda və hərbi-sənaye kompleksində perspektivli layihələrini əhatə edir.
Rusiya üzrə 30-dan çox fiziki və 200-ə yaxın hüquqi şəxs qara siyahıya salınıb.
Teqlər:
"AB\u015e Rusiyaya qar\u015f\u0131 sanksiyalar siyah\u0131s\u0131n\u0131 geni\u015fl\u0259ndirib"