Medvedev: Polşanın hərəkətləri Rusiya və Belarusla toqquşmaya səbəb ola bilər
"Polşanın hərəkətləri Rusiya və Belarusla birbaşa toqquşmaya və üçüncü dünya müharibəsinə səbəb ola bilər".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Polşanın özünün hərbi potensialının artırılması və Polşanın Ukraynadakı hərbi mövcudluğu Varşava ilə Belarus və Rusiya arasında birbaşa toqquşmaya səbəb ola bilər", - Medvedev "Rossiyskaya qazeta"da yayımlanan məqaləsində bildirib.
"Bu halda müttəfiq qrup Polşanın şər ambisiyalarından irəli gələn təhlükələrin qarşısını almaq üçün adekvat cavab verəcək", - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini xəbərdarlıq edib.
Onun fikrincə, Polşanın "avantürist hərəkətləri", əgər NATO müttəfiqləri tərəfindən düşünülməmiş şəkildə dəstəklənərsə, bütün dünya üçün daha təhlükəli nəticələrə səbəb ola bilər: "Və bundan sonra Polşa üçüncü dünya müharibəsini alovlandıran tərəf rolunu oynayacaq", - Medvedev qeyd edib.
Teqlər:
"Medvedev: Pol\u015fan\u0131n h\u0259r\u0259k\u0259tl\u0259ri Rusiya v\u0259 Belarusla toqqu\u015fmaya s\u0259b\u0259b ola bil\u0259r"