İran prezidenti noyabrın 7-də Tacikistana səfər edəcək
"İran prezidenti İbrahim Rəisi noyabrın 7-də Düşənbəyə iki günlük səfər edəcək. Səfər zamanı Tacikistan prezidenti Emoməli Rəhmonla danışıqlar planlaşdırılır".
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Tacikistan liderinin mətbuat xidmətinin rəhbəri Abdufəttoh Şərifzoda bildirib.
"İran prezidenti noyabrın 7-8-də Tacikistana rəsmi səfər edəcək. Səfər çərçivəsində Tacikistan prezidenti ilə ikitərəfli görüş və tərəflərin geniş tərkibdə görüşü nəzərdə tutulub", - mənbə bildirib.
Daha əvvəl Tacikistanın İnvestisiya və Dövlət Əmlakının İdarə Edilməsi Komitəsi məlumat vermişdi ki, noyabrın 8-9-da Düşənbədə iki ölkə sahibkarlarının forumunun keçirilməsi planlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net