Menyu

Hakan Fidan Aİ-nin Qəzza ilə bağlı ikili standartlarını tənqid edib

Hakan Fidan Aİ-nin Qəzza ilə bağlı ikili standartlarını tənqid edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) İsrail və Fələstin münaqişəsinin həllində yürütdüyü ikili standartlar siyasətini tənqid edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyində mənbələr məlumat yayıb.

Məlumata görə, H.Fidan bu barədə Berlində keçirilən danışıqlarda bildirib.

"Avropa İttifaqı həqiqətən qlobal oyunçu olmaq istəyirsə, təşkilatın genişlənməsinə strateji problem kimi yanaşmalıdır. Həm də ondan çıxış etməlidir ki, Aİ ölkələrində Fələstinə dəstək aksiyalarının qarşısının alınması, birmənalı qarşıdurmanın təzahürü, ikili standartlar siyasətidir", - deyə nazir bildirib.

"İfadə azadlığı adı altında müqəddəs kitabımız olan Qurani-Kərimə qarşı təhqiramiz hərəkətlərə icazə verənlər Fələstində dinc əhalinin vəhşicəsinə öldürülməsinə etiraz etmək istəyənlərin qarşısında maneələr yaradırlar. Bu ikili standartdır və qəbul edilə bilməz", - Fidan deyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər