Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, 42 nəfər saxlanılıb-VIDEO

Nərmin Qocamanlı
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, 42 nəfər saxlanılıb-VIDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları eyni anda paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşqul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, əməliyyatlar zamanı 42 nəfər saxlanılıb, 49 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Polisə paytaxt istiqamətində hərəkətdə olan “VAZ 2108” markalı avtomobildə külli miqdarda narkotik maddəllərin daşındığı barədə əməliyyat məlumatı daxil olub. Məlumat Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yoxlanılıb və avtomobilin hərəkət trayektoriyası müəyyən edilib. Qaradağ rayonu ərazisində həmin nəqliyyat vasitəsi xüsusi əməliyyat nəticəsində saxlanılıb. Sürücü Rüfət Xaliqov və sərnişin Elvin Zeynalovdan 10 kiloqram heroin, marixuana, elektron tərəzilər, 420 ədəd ekstazi və metadon həbləri aşkar edilib. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində Sumqayıt şəhəri və Yevlax rayonunda eyni anda keçirilən əməliyyatlar zamanı isə Tural Hüseynov və Saday Səttarovun da tutulması təmin edilir. Bu şəxslərdən isə ümumilikdə 23 kiloqram müxtəlif xassəli narkotik və həblər aşkar olunub. Polisin bu əməliyyatları nəticəsində yüzlərlə gəncin narkotik maddələrə əlçatanlığının qarşısı alınır və cəmiyyətdə “ağ ölüm”ü yaymağa çalışan daha 4 narkotik vasitələrin satışını həyata keçirən şəxs məsuliyyətə cəlb edilib.

Digər xəbərlər