Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Noyabrın  23-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Digər xəbərlər