Menyu

Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası keçirilib

Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası keçirilib

Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində noyabrın 13-də paytaxt Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilib.

Mədəniyyət Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, toplantıda mədəni irs, kinematoqrafiya, teatr, muzey, kitabxana, yaradıcı sənaye və musiqi sahəsi üzrə təhsil, habelə mədəniyyət sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda birgə komissiyanın üçüncü iclasının protokolu imzalanıb.

Teqlər:

"Ankarada Az\u0259rbaycan-T\u00fcrkiy\u0259 M\u0259d\u0259niyy\u0259t \u00fczr\u0259 Birg\u0259 Komissiyas\u0131n\u0131n iclas\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər