Menyu

Bakıda şirkət anbarından elektrik və inşaat materialları oğurlanıb

Nərmin Qocamanlı
Bakıda şirkət anbarından elektrik və inşaat materialları oğurlanıb
1 dəq oxu

Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materiallarının qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şahin Həsənov saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər