Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə güzəşli ipoteka krediti götürmək hüququ verildi
Nərmin Qocamanlı
Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edib.
"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev bununla dövlət bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Vətən Müharibəsi Qəhrəmanlarına, onların həyat yoldaşlarına və övladlarına güzəştli şərtlərlə ipoteka kreditindən istifadə etmək hüququ verilib.