Yasamalda narkotik satışı ilə məşğul olan 61 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Yasamalda narkotik satışı ilə məşğul olan 61 nəfər saxlanılıb

Yasamal rayonunda oktyabr-noyabr ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi, həmçinin  ərazi şöbə və bölmələri tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddələr çıxarılıb. Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər