Menyu

Mingəçevirdəki zəlzələdə dağıntı qeydə alınmayıb - YENİLƏNİB

Mingəçevirdəki zəlzələdə dağıntı qeydə alınmayıb - YENİLƏNİB

Mingəçevirdə qeydə alınan zəlzələdə dağıntı qeydə alınmayıb, xəsarət alan yoxdur.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

***

20:05

Azərbaycanda 4,5 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmətdən "Operativ Media"ya bildirilib.

Qeyd olunub ki, Mingəçevir ərazisində maqnitudası 4,5 olan zəlzələ baş verib. Zəlzələ 19:49-da qeydə alınıb. Dərinlik 15 km olub.

Zəlzələ Mingəçevir, Gəncə, Yevlax , Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

***

19:55

Azərbaycanda zəlzələ olub.

"Operativ Media" xəbər verir ki, sosial media istifadəçiləri ölkənin qərb rayonlarında zəlzələ hiss edildiyini bildirirlər.

Məlumat yenilənəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər