Kürdəmirdə qanunsuz ov edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Şilyan kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxsin kənd sakini Ə.Mustafayev olduğu müəyyən edilib.
Həmin şəxsdən bir ədəd ov tüfəngi, həmin silaha aid patronlar, eləcə də ovladığı çöl heyvanları və quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net