Menyu

"Koroğlu" metrosunda bir qadının pulqabı oğurlanıb

Nərmin Qocamanlı
"Koroğlu" metrosunda bir qadının pulqabı oğurlanıb

Bakı metrosunun "Koroğlu" stansiyasında qadının pulqabı oğurlanıb.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Metropolitendən Polis Şöbəsinə metronun “Koroğlu” stansiyasında bir qadının çantasından içərisində 200 manat pulu, bank kartı və açarları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Mehdiyev müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər