Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib
DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən noyabrın 26-da Masallı rayonu ərazisində yerləşən postda “Opel” markalı avtomobil saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, Sumqayıt şəhər sakini Azər Əhmədzadənin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib edilib.
Masallı rayon məhkəməsinin qərarı ilə A.Əhmədzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətinə inzibati qaydada həbs olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net