http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda ictimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar

29 Noyabr 2022 , 13:12
Bakıda ictimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar

Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda – avtobuslarda və əhalinin sıx olduğu ticarət müəssisələrində cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. 


DİN-dən "Operativ Media"ya verilən xəbərə görə,Tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyev və Rəşid Ağayev tutularaq istintaqa təqdim ediliblər. Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda 40-a yaxın sərnişinin pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib. 


Qeyd edək ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.


Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə və "102" Xidməti Zəng Mərkəzinə  məlumat verə bilərlər.


Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu