http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

İmişlidə avtoxuliqanlıq edən şəxslər tutulub

30 Noyabr 2022 , 09:20
İmişlidə avtoxuliqanlıq edən şəxslər tutulub

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücüləri saxlayıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Cəbrayıl rayon sakini Nicat Məmmədov, İmişli rayon sakinləri Ravi Qarayev və Kənan Məhəmmədov idarə etdikləri “VAZ” və "Hyundai" markalı avtomobillərlə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini "Tik-Tok" sosial şəbəkəsində paylaşıblar.
Həmin şəxslər İmişli RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün İmişli rayon məhkəməsinə  göndərilib. Məhkəmənin qərarı ilə N.Məmmədov və R.Qarayev 500 manat məbləğində cərimə edilməklə 1 il müddətinə sürücülük hüququndan məhrum ediliblər,  K.Məhəmmədov isə  15 sutka inzibati qaydada həbs edilib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu