Şəmkirdə elektrik yarımstansiyasında yanğın baş verib

Nərmin Qocamanlı
Şəmkirdə elektrik yarımstansiyasında yanğın baş verib

Şəmkir rayonunun Dəllər qəsəbəsində ümumi sahəsi 480 m² olan yarımstansiyanın yanar konstruksiyaları 80 m² sahədə, içərisində transformatorun yanar hissələri, 7 ədəd yağ açarı və 25 p.m kabel yanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbərə görə, yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər