http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bir evin elektrik enerjisinə olan tələbatını günəş panelləri ilə qarşılamaq neçəyə başa gəlir?

29 Dekabr 2023 , 17:50
Bir evin elektrik enerjisinə olan tələbatını günəş panelləri ilə qarşılamaq neçəyə başa gəlir?

Son dövrlər ölkəmizdə alternativ enerjiyə maraq artıb. Bəs bir evin günəş panelləri ilə işıqlandırılması neçəy başa gəlir və nə qədər qənaət etməyə imkan verir?

Uzun illərdir günəş panellerini ölkəyə gətirərək fərdi ev və obyektlərə quraşdırılmasını həyata keçirən Emin Məmmədov “Operativ Media”ya açıqlamasında bildirib ki, günəş panellərinin əsas istehsalçısı Çin saylır.

Hazırda ölkəmizdə istehsal edilən bu panelləri almaq Çindən gətirməkdən baha başa gəlir. Elə bu səbəbdən də həmin panellər əsasən Çindən və Avropadan ölkəyə gətirilir. 

“Bu panellərin ölkəmizdə fərdi yaşayış evlərinə quraşdırılmasına icazə tələb edilmir və məhdudiyyət də yoxdur. Evin enerji sərfiyyatından asılı olaraq günəş panellərinin quraşdırılması minimum 3 min manatdan başlayır. Təcrübəyə əsasən deyə bilərik ki, evlərə quraşdırdığımız panellər minimal olaraq 3-4 min manata başa gəlib. Bu orta qiymətlərdir, amma baha da ola bilər. Evlərin tələbatından asılıdır. Elə ev olub ki, 30 min manatlıq panel quraşdırmışıq''.

Mütəxəsis deyir ki, günəş panelləri il ərzində ortalama 300 gün evlərin enerji təminatının təxminən 50-60%-ni qarşılaya bilir.

''Əgər 3-4 min manatlıq sistem qurulursa, bu imkan verir ki, evdəki soyuducu, kondisioner, lampalar, televizor və digər avadanlıqlar rahat işləsin .Bu avadanlıqların tələbatının təxminən 60 faizi qarşılanacaq. Bundan başqa əgər daha çox panel quraşdırılarsa, evlərin ənənəvi enerjidən asılılığı minimuma enə bilər. Bunun üçün isə bu panellərin enerji doldurucularını da quraşdırmaq mütləqdir. İşıqlar sönəndə avtomatik olaraq generator deyil, akkumlyatorlar işə düşür. Akkumlyatorlarda enerji doldurma limiti yoxdur. Nə qədər çox enerjiyə qoysanız, o qədər çox gününüzü təmin edə bilərsiniz. Normal akkumlyatorların qiymətləri 300 manatdan başlayır. Günəş panellərinin keyfiyyətinə 15 il,  effektivliyinə isə 25 il zəmanət verilir. Bu panellərin quraşdırılması təkcə vəsaitə qənaət etmək deyil, həm də ekologiyanın təmiz saxlanılmasına xidmət edir”.

OXŞAR XƏBƏRLƏR
Naxçıvanda yaşayan ailələrin sayı artıb

Naxçıvanda yaşayan ailələrin sayı artıb

Sabirabadın 4 kəndinin qaz təchizatı dayandırılacaq

Sabirabadın 4 kəndinin qaz təchizatı dayandırılacaq

Əmək haqqının saata görə hesablanmasının hansı təsirləri ola bilər?

Əmək haqqının saata görə hesablanmasının hansı təsirləri ola bilər?

XƏBƏR LENTİ
  • 06:43

    2023-cü ildə dünyada ölkə üzrə məcburi köçkünlərin sayı 75,9 milyon nəfərə çatıb
  • 06:29

    Ağ Ev: ABŞ Gürcüstanla münasibətləri yenidən nəzərdən keçirəcək
  • 06:05

    Arda Gülər qol vurdu, "Real" darmadağına sevindi
  • 05:54

    Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür
    Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür
  • Dünən
    23:17

    Naxçıvanda yaşayan ailələrin sayı artıb
  • Dünən
    23:02

    Gürcüstanda polis müxalifət liderini döyüb
  • Dünən
    22:47

    Hakan Fidan Ukrayna rəsmiləri ilə görüşüb
  • Dünən
    22:33

    Kobaxidze ABŞ-nin sanksiyaları ilə bağlı söhbəti qeyri-ciddi adlandırıb
Menyu