ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub
ABŞ-ın müdafiə naziri Loyd Ostin və Ukraynanın müdafiə naziri Rustem Umerov arasında telefon danışığı olub.
“Operativ Media” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Loyd Ostin və Rustem Umerov döyüş meydanındakı vəziyyəti və Qərbin Kiyevə dəstəyi perspektivlərini müzakirə ediblər.
“Pentaqon rəhbəri ukraynalı həmkarına ABŞ, eləcə də onun müttəfiqləri və tərəfdaşlarının Ukraynanı dəstəkləməkdə sadiq qaldığını bildirib”, - Amerika tərəfinin bəyanatında deyilir.
Teqlər:
"AB\u015e v\u0259 Ukrayna m\u00fcdafi\u0259 nazirl\u0259ri aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"